hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Döyüşə “qocalar” gedir? - “Savaş başlanarsa, onlara ehtiyacımız olacaq”

Döyüşə “qocalar” gedir? - “Savaş başlanarsa, onlara ehtiyacımız olacaq”

Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirir.

Əvvəlcə Livan ermənilərinin hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürülməsi, ardınca isə PKK terror təşkilatının üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi münaqişə ilə bağlı hərbi əməliyyatların başlanmasını zəruri edib. Ekspertlərin fikrincə, terrorçu PKK təşkilatının üzvlərinin işğal altındakı torpaqlara köçü Türkiyə ordusundan sığortalanmaq üçündür.

Belə ki, Türkiyə ordusu və hava qüvvələri son aylarda İraq və Suriya ərazisində gizlənən PKK-ya öldürücü zərbələr vurur. Buna görə də terrorçu təşkilat gizlənməyə yeni məkan axtarır. Bu məkanlardan biri kimi də işğal altındakı Azərbaycan əraziləri seçilə bilər. PKK rəhbərliyi düşünür ki, bu yerdəyişmə ilə onlar özlərini Türkiyə ordusunun hücumlarından qoruya biləcəklər. Fakt odur ki, düşmən ölkənin ordusu sözügedən köçün, yəni muzdluların hesabına güclənir. Bu isə Qarabağda savaş ehtimalını artırır.

Maraqlıdır, müharibə reallaşarsa, I Qarabağ savaşında vuruşmuş təcrübəli azərbaycanlı hərbçilərin orduya çağırılmasına ehtiyac olacaq?

Məsələ ilə bağlı ehtiyatda olan polkovnik-leytenant, hərbi məsələlər üzrə ekspert İbrahim Rüstəmli Cebhe.info-ya açıqlamasında “Muzdluların xaricdən Qarabağa köçürülməsi təbii ki, müharibə ehtimalını daha çox artırır. Əslində müharibə ehtimalı zaman-zaman aşağı səviyyədə olmayıb. Bu da ermənilərin insan resursları ilə bağlı yaşadıqları problemlərlə əlaqədardır. Bir dəfə də çıxışımda demişdim ki, Ermənistanda çağırış kampaniyası elə səviyyədə olub ki, 1 nəfər də çağırışçı hərbi komissarlığa müraciət etməyib. Əlbəttə ki, I Qarabağ savaşından keçmiş xeyli sayda yüksək rütbəli zabitlərimiz, gizirlərimiz və “MAXE”-lərimiz var. Müharibə başlayarsa, bu insanların öz təcrübəsindən istifadə etmək ancaq xeyrimizə olar. Çünki müharibə elə bir kampaniyadır ki, bunda iştirak etmiş adamlar təcrübəli olurlar. Ona görə də belə təcrübəlilərə ehtiyac var. Dövlətimiz də səfərbərlik xidmətiin vasitəsilə təcrübəli hərbçiləri müharibə zonasına, döyüş əməliyyatına cəlb edəcək”.

Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin komplektləşməsində heç bir problem yoxdur:

“25 il bundan əvvəl tutaq ki, Azərbaycan ordusunda fərarilik, ordudan yayınma halları müşahidə edilirdisə, indi bunlar demək olar ki, yoxdur. Ümumi götürsək, hazırda ordumuzun komplektləşdirilməsində heç bir problem yaşanmır. Müharibəyə başlanarsa, burada vəziyyət və məsələyə yanaşma tərzi də dəyişməlidir. İlk növbədə I Qarabağ savaşında iştirak etmiş zabitlərinn savaşından istifadə etmək lazım olacaq və bunun çox böyük faydası olacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1079