hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

DTX: “MTN-nin polkovnik Ofeliya Mahmudova adlı əməkdaşı olmayıb"

DTX: “MTN-nin polkovnik Ofeliya Mahmudova adlı əməkdaşı olmayıb"

Son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “haqqin.az”, “virtualaz.orq”, “hit.az” və digər internet informasiya saytlarında “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.

Cebhe.info xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.

DTX-nin saytında yer alan xəbərə görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb: "Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirilməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır".

Cebhe.info


Oxunma sayı: 6612