hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Dubay Əmirinin qızı 20 il əvvəl itkin düşmüş bacısını axtarır

Dubay Əmirinin qızı 20 il əvvəl itkin düşmüş bacısını axtarır

Dubay Əmiri Məhəmməd Əl Məktum Lətifin 35 yaşlı qızı Lətifə Böyük Britaniya polisinə müraciət edərək 20 il əvvəl qaçırılan və yoxa çıxan bacısının işinə yenidən baxılmasını tələb edib.

Unikal.org BBC kanalının əldə etdiyi məlumata əsasən xəbər verir ki, Lətifə Kembric polisinin atasının əmri ilə tutulan Şahzadə Şəmsanı azad etməyə kömək edə biləcəyini söyləyib.

O, bacısının ən gözəl illərinin Böyük Britaniyada keçdiyini bildirərək, sözügedən ölkənin polisindən yardım istəyib:

“Sizdən xahiş edirəm onun işinə yenidən baxın. Çünki bu, onun azad olunmasına kömək edəcək. Şamsanın həyatının ən gözəl illəri orada keçib. Sonuncu dəfə məhkəmədən əvvəl əlaqə saxlamışıq. Nə vaxt buraxılacağını bilmirdi. Ona işgəncə verildiyini və şallaqlandığını deyirdi”.

2000-ci ildə, 18 yaşında olan Şamsa İngiltərədəki Surreydən qaçmağa cəhd etdiyi üçün həbs olunub. O vaxtdan heç kim onu görməyib. İngiltərədə böyüyüb orta təhsil alsa da, atası ona bir İngilis universitetində təhsilini davam etdirməyə icazə verməyib. O, macəranı sevib. Xüsusilə də ərəb dünyasındakı qadınların həyatını dəyişdirmək istəyib. Onun bu düşüncələri də problemlərə səbəb olub.

Cebhe.info


Oxunma sayı: 573