hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dubaydan gələn şəxs Bakıda 3 dəfə test verdikdən sonra evdən çıxa bilib: “351 manat xərclədim...”

Dubaydan gələn şəxs Bakıda 3 dəfə test verdikdən sonra evdən çıxa bilib: “351 manat xərclədim...”

Koronavirusun tüğyan etdiyi bir zamanda xəstəliyi müəyyən edən test qiymətlərinin bahalılığı da ciddi narazılıq doğurub.

Hələ bu azmış kimi xaricdən ölkəmizə qayıdan həmvətənlilərimizin virusu müəyyən etmək üçün bir deyil, bir neçə dəfə testdən keçirilməsi və hər dəfəsində də qoyulan məbləğdə ödəmə etməsi etirazla qarşılanıb. Bugünlərdə Dubaydan Bakıya qayıdan bir nəfər azərbaycanlı belə bir durumla üzləşib.

Bununla bağlı sosial şəbəkələrdə etiraz edən və Nazirlər Kabineti yanında Operativ Qərargaha səslənən vətəndaş bildirir ki, Bakıya gələndən sonra koronavirusu müəyyən etmək üçün 3 dəfə test verməli olub.

Halbuki gəlməzdən öncə olduğu ölkədə koronavirus testinin cavabı neqativ olub. Hər dəfəsində Bakıda testin götürülməsi üçün qeydiyyatda olduğu klinikaya 117 manat pul ödəyib. Beləliklə, şəxs 3 dəfə test edilməklə toplam 351 manat pul xərcləməli olub:

“Dubayda test vermişəm, neqativ çıxıb. Bakıya gəlirsən, hələ dəqiq bilmirsən ki, hava limanında test götürüləcək ya yox... Bu, baş vermir və birbaş evə gəlirsən. Mütləq ev karantinində qalmalısan. Həmin gün, ya səhərisi qeydiyyatda olduğum polinklinikadan həkim çağırıb test edildim və 117 manat ödədim. Bir gün sonra cavab neqativ çıxır. Yenə ev karantini davam edir. Bir həftə sonra yenə test götürülür və təkrar 117 manat ödənilir. Bir gün sonra yenə cavab neqativ çıxır. Gəldiyimin 8-ci günü yenə test verirəm, cavab neqativ və adambaşına 351 manat. Yalnız bundan sonra ev karantini bitir ”.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevanın sözlərinə görə, hansı hallarda, nə qədər test verilməsi qərarını Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

“Testi TƏBİB həyata keçirmir. Dövlət hesabına olan testlər polinklinikalarda və ya təcili yardım tərəfindən götürülür. Bu test strategiyası Səhiyyə Nazilriyindədir. Qaldı ki, vətəndaş öz istəyilə və öz hesabına test verirsə, o da özəl laboratoriyalardadır. Özəl laboratoriyaların isə TƏBİB-ə aidiyyəti yoxdur. Dövlət testləri pulsuz həyata keçirilir. Poliklinikalarda test ödənişsizdir. Evə çağırışı çox güman ki, özəl klinikadan olub. İstənilən halda da polinklinikalarda da test siyasəti Səhiyyə Nazirliyindədir. Adam gəldiyi ölkədən 48 saat müddətində neqativ test nəticəsi ilə gəlməlidir. Bu sənəd olarsa, 14 günlük ev təcridinə buraxılır. Test nəticəsiz gəlmiş şəxslərdən hava limanında test götürülür və karantin bölgəsinə aparılır. Bir də 7-ci gün test götürülür. Neqativ olarsa, evə buraxılır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5666