hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Dünya bu hesabatı gözləyir: "Ölüm peyvənd"i təkrar araşdırılır

Dünya bu hesabatı gözləyir: "Ölüm peyvənd"i təkrar araşdırılır

Avropa Birliyi qalmaqallı “Astra Zaneca” peyvəndini yenidən qiymətləndirəcək.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, hesabat 7 -8 apreldə təqdim olunacaq. Araşırmanı Dərman Preparatları Agentliyi aparacaq və sözügedən peyvənlə tromblardan baş verən ölümlər arasındakı əlaqə öyrəniləcək. Hazırda bir çox ölkələrdə bununla bağlı narahatlıq var və avropalı mütəxəssislər narahatlıqların nə qədər əsaslı olub-olmadığını öyrənəcək.

Xatırladaq ki, 20 Avropa ölkəsi, eləcə də Kanada “Astra Zaneca” peyvəndindən istifadəni dayandırıb. Buna səbəb peyvənd vurulduqdan sonra traomblaşma riskinin yaranması olub. Ölümlə nəticələnən bu hadisələr əhali arasında ciddi təşviş yaradıb. Avropa Birliyində əvvəlcə bununla bağlı araşdırma apaırlıb və əlaqənin olmadığı deyilib. Ardınca bir sıra ölkələr peyvənddən istifadəni bərpa edib.

Ancaq daha sonra daha bir neçə nəfərin həmin peyvəndi vurdurduqdan sonra ölümü ilə bağlı xəbər yayılıb. Problem həmiçinin Britaniya, Fransa, Almaniya, Avstriya vətəndşalarında da müşahidə olunub. Problemi aradan qaldırmaq üçün preparatı istehsal edən şirkət onun adının dəyişdirilməsinə qərar verib. Ancaq bu da peyvəndə olan inamı bərpa edə bilməyib. İndi gözlər yaxın günlərdə açıqlanacaq hesabata dikilib.

Xatırladaq ki, Azərbaycan da bu peyvənddən gətirilməsi ilə bağlı qərar var.

Xəzər

Cebhe.info


Oxunma sayı: 5655