hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Dünya bu köpəyin sədaqətindən danışır

Dünya bu köpəyin sədaqətindən danışır

Türkiyədəki balaca bir köpəyin sədaqəti dünyaya səs salıb.

Cebhe.info xəbər verir ki, 5 gün xəstəxanın qarşısında sahibini gözləyən “Boncuq” adlı köpək dünya mediasında gündəm olub.

Belə ki, Trabzonda Cemal Şentürk adlı şəxsin səhhətində problem yarandığı üçün onu dərhal xəstəxanaya aparıblar.

Şentürkün balaca köpəyi “Boncuq” da təcili yardım maşını izləyərək xəstəxanaya qədər gəlib. Daha sonra 5 gün xəstəxanın qarşısında sahibini gözləyən köpəyi xəstə yaxınları bir neçə dəfə evə aparsalar da, o yenidən qayıdıb xəstəxananın qarşısına gəlib.

Müalicənin 6-cı günündə Cemal Şentürkü həkimlər evə buraxıb. Onun “Boncuq”la görüşməsi isə duyğulu anlar yaşadıb.

Bu hadisə Türkiyə sərhədlərini də aşaraq, dünyanın ən qabaqcıl media agentlikləri tərəfindən duyulub. “The Guardian”, “New York Daily News” nəşrləri eləcə də, “Associated Press” agentliyi bu barədə məqalələr dərc edib.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 903