hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Dünya iqtisadiyyatını çökdürən 1 qram – BİZİM TƏQDİMAT

Dünya iqtisadiyyatını çökdürən 1 qram – BİZİM TƏQDİMAT

Dünyada yayılan koronavius pandemiyası ilə bağlı ölkələrin iqtisadiyyatında kiçilmə, böhrana sürətli keçid iqtisadi inkişafla bağlı proqnozları ciddi şəkildə aşağı salıb.

Hətta Dünya Bankı koronavirus pandemiyasının təsirləri barədəki ən yeni məlumatında bildirib ki, cari ildə inkişaf etmiş ölkələrin iqtisadiyyatları 7, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları isə 2,5 faiz kiçiləcək.

İkinci Dünya Müharibəsindən sonra belə bir azalma nadir bir hadisədir.

Maraqlıdır, dünya ölkələri üzrə ümumi çəkisinin cəmi 1 qram olduğu bildirilən COVİD-19 dünya ölkələrinin iqtisadiyyatı nə qədər zərər çəkib?

Cebhe.info bu haqda araşdırma edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda 27 479,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azdır.

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 2,5% azalaraq 2 259,9 manat olub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2%, qeyri-neft-qaz sektorunda isə 2,1% azalıb.

ÜDM istehsalının 37,7%-i sənaye, 11,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i tikinti, 4,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i informasiya və rabitə, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib.

Bu ilin I rübündə Çində Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% az olub.

Bu, 28 illik fasilədən sonra ilk azalmadır.

İqtisadiyyatın kiçilməsi koronavirus (COVID-19) pandemiyasının təsiri ilə baş verib. Təkcə mart ayında Çində ÜDM 1,1%, pərakəndə ticarət dövriyyəsi 15,8%, investisiyalar isə 16,1% azalıb.

Rusiya iqtisadiyyatı bu ilin yanvar-aprel dövründə isə 1,9% azalıb.

Koronavirus epidemiyası səbəbilə ölkədə həyata keçirilən tədbirlər və xarici ölkələrin iqtisadi vəziyyətlərində yaşanan azalma səbəbilə sənaye və xidmət sektorlarındakı vəziyyətin pisləşdiyi bildirilib.

Ölkə iqtisadiyyatının bu il 5% kiçiləcəyini proqnozlaşdıran Rusiya İqtisadi İnkişaf Nazirliyi, 2021-ci ildə isə 2,8% artım gözləyir.

19 üzvü olan Avro Bölgəsində ümumi daxili məhsul (ÜDM) 2020-ci ilin ilk rübündə azalıb.

Sözügedən bölgədə ÜDM əvvəlki rüblə müqayisədə 3,6%, 2019-un eyni dövrü ilə müqayisədə 3,1% azalıb.

Avropa İttifaqı ölkələrinin ÜDM-i isə bu ilin ilk rübündə əvvəlki rübə nisbətdə 3,2%, 2019-un ilk rübü ilə müqayisədə isə 2,6% azalıb.

Buna baxmayaraq İttifaqa daxil olan bəzi ölkələrdə iqtisadi artım olub. Belə ki, ilk rübdə İrlandiyada 1,2%, Bolqarıstan və Rumıniya 0,3% və İsveçdə iqtisadiyyat 0,1% artıb.

Fransa və İtaliya iqtisadiyyatları 5,3%, İspaniya və Slovakya iqtisadiyyatları isə 5,2% kiçilib.

Ötən ay Gürcüstanda Ümumi Daxili Məhsulun (ÜDM) real artım tempi illik müqayisədə 13,5% azalıb.

Yanvar-mayda isə ÜDM-in orta real artım tempində ötən ilin analoji dövrü ilə müqayisədə 5,4% azalma baş verib.

May ayında qonşu ölkədə bütün iqtisadi fəaliyyət sahələrində azalma qeydə alınıb.

Dünyanın ən böyük iqtisadiyyatı bu ilin birinci rübündə 4,8% kiçilib. Qeyd edək ki, 2014-cü ildən bəri ilk dəfədir ki, ABŞ-ın ümumi daxili məhsulu mənfiyə düşür. ABŞ üçün iqtisadi ekspansiya dövrü başa çatıb və indi dərin tənəzzül dövrünü yaşayır.

Bununla yanaşı, ekspertlər cari rübün nəticələrinin daha da pis olacağını gözləyirlər: “Bloomberg Economics” 37%, “UniCredit” isə 65% azalma proqnozlaşdırır.

Maraqlı məqamlardan biri budur ki, 2019-cu ildə də qlobal iqtisadiyyatda kiçilmə baş verib və bu azalma 0.7 faiz civarında olub.

Belə ki, 2019-cu il ərzində qlobal iqtisadiyyatda yavaşlama baş verib. BVF-nin 2020-ci ilin yanvarında dərc etdiyi “Qlobal İqtisadi İcmal” hesabatına əsasən, 2019-cu ildə qlobal iqtisadi artım tempi 2.9 faiz olub ki, bu da ötən illə müqayisədə 0.7 faiz aşağıdır.

Tünzalə Rüstəm
Cebhe.info


Oxunma sayı: 3565