hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Dünya liderləri hardadır?-"Twitter" birinciliyini qoruyur - BİZİM TƏQDİMAT

Dünya liderləri hardadır?-"Twitter" birinciliyini qoruyur - BİZİM TƏQDİMAT

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” və “Turkcell İletisim Hizmetleri AS”-a aid olan “BiP” messencerində səhifə açıb.

Bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan məxfilik siyasətinin dəyişikliyinə görə "WhatsApp" messencerindən istifadədən imtina edib.

Türkiyənin Milli Müdafiə Nazirliyi də dövlət başçısının nümunəsindən istifadə edib. “BiP” messencerə son gün ərzində Türkiyədən milyona yaxın yeni istifadəçi qoşulub.

Maraqlıdır, ölkə başçıları ən çox hansı sosial şəbəkələrə üstünlük verirlər?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Hazırda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin əksəriyyətində aktivdir. O, müntəzəm olaraq "Twitter" hesabından istifadə edir. Lakin son günlər “Fecbook”, "Twitter", “Instagram” sosial şəbəkələri ABŞ Prezidenti Donald Trampın hesablarını dondurub.

“İnstaqram”ın baş direktoru Adam Mosseri bildirib ki, ABŞ prezidentinin rəhbəri olduğu sosial şəbəkədə bloklanması bir neçə saat davam edəcək.

"Biz də həmçinin 24 saat ərzində “İnstaqram”da Prezident Donald Trampın hesabını bloklayırıq", - o "Twitter"də yazıb.

Qeyd edək ki, analoji açıqlama ilə “Fecbook” sosial şəbəkəsi də çıxış edib. Trampın “Fecbook”da bloklanması 24 saat davam edəcək.

Eyni zamanda "Twitter" də prezidentin hesabını 12 saatlıq dondurub.

Bu sosial şəbəkələrlə yanaşı, “YouTube” videohostinqi də Trampın etirazçılara videomüraciətini bloklayıb. Videohostinq bunu Ağ Ev rəhbərinin daxili qaydaları pozması ilə əsaslandırıb.

Belə ki, ABŞ rəhbəri qarışıqlıqlar fonunda Kapitolidə etirazçılara müraciət edib. Ağ Ev rəhbəri bildirib ki, prezident seçkilərinin nəticələri "oğurlanıb". O, həmçinin tərəfdarlarını evlərinə getməyə çağırıb.

Tvitləməyə 2007-ci ildən başlamış keçmiş ABŞ Prezidenti Barak Obama ən çox davamçısı olan siyasətçilərin reytinqində birincidir. [email protected] hesabı bütün tvittersferdə dördüncü ən populyar ünvandır. O yalnız pop müğənniləi Katy Perrydən, Justin Bieberdən və Taylor Sviftdən geridə qalır. Onun 71 milyondan çox izləyicisi var.

Bu sosial şəbəkədən siyasət meydanı və ictimai liderlərin öz xəbər və baxışlarını yaymaq üçün faydalandıqları əsas kanal kimi başqa şəbəkələrdən daha çox istifadə edilməsinə bir az şübhə var. Hərçənd onlardan bir çoxu tvitləməni özləri aparırlar.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərini qazanmış Co Bayden də aktiv “Twitter" istifadəçisidir.

Bəlli olub ki, Barak Obamadan sonra ən populyar siyasi lider Hindistanın Baş naziri Narendra Modidir.

Onun “Twitter" hesabı 2014-cü il seçkilərindən sonra "kəllə-çarxa vurub". Onun 18 milyondan artıq izləyicisi var.

“Mən insanlarla ünsiyyətdə texnologiya və sosial medianın gücünə qəti şəkildə inanıram”, – Modi özünün inaqurasiya nitqində deyib.

Səudiyyə Ərəbistanı şahzadəsi Salman 2015-ci ilin yanvarı[email protected] çevriləndən sonra davamçılarının sayı kəskin artıb.

Son bir ildə, Rusiya ilə hərbi qarşıdurma zamanı Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun davamçılarının sayı sürətlə artıb.

Amma Avropa miqyasında o xeyli geridə qalır. Burada birinclik Birləşmiş Krallıq Baş nazirinin @Number10gov hesabına məxsusdur.

Latın Amerikasının “yüksək liqasına” 5 milyon pərəstişkarı olan Meksika Prezidenti Enrique Peña Nieto, onun kolumbiyalı həmkarı Juan Manuel Santos, Braziliya lideri Dilma Rousseff və keçmiş Argentina Prezidenti Cristina Fernandez daxildirlər.

Bu cədvəldə Venesuela Prezidenti Nikolas Maduro və Argentinanın yeni prezidenti Mauricio Macri beşinci yerdədirlər. Onlar təxminən bərabər sayda davamçıya malikdirlər. Lakin gündə 64 tvit yazan Maduro 2015-ci ildə ən məhsuldar siyasi lider olub.

Afrika qitəsində Ruanda lideri Paul Kagame və Keniya Prezidenti Uhuru Kenyatta hər biri 1,3 milyon pərəstişkarla irəlidədirlər.

Buna baxmayaraq, Ruanda Prezidenti başqa bir rekorda da malikdir. Onun tvitlərinin 86 faizini tənqidçiləri və öz uşaqları da daxil başqalarının tvitlərinə cavablar təşkil edir.

Lakin bu liderlər pərəstişkar sayına görə bir sıra qlobal din liderlərindən geri qalırlar. Məsələn, Dalay Lamanın 12 milyon davamçısı var, hərçənd o səkkiz ildə “Twitter”də yalnız 1100 post edib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1772

Bizim Telegram səhifəmizi izləyin