hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

"Dünya liderləri yaxşı görünmək üçün iqlim aktivistləri ilə fotolar çəkdirirlər" - Qreta Tunberq

"Dünya liderləri yaxşı görünmək üçün iqlim aktivistləri ilə fotolar çəkdirirlər" - Qreta Tunberq

İsveçli iqlim fəalı Qreta Tunberq dünya liderlərinin iqlim aktivistləri ilə "yaxşı görünmələri" üçün foto çəkdirmək istədiklərini söyləyib.

İngiltərə şahzadəsi Çarlz və Almaniya kansleri Angela Merkel ilə foto çəkdirən İsveç iqlim fəalı Qreta Tunberq yüksək səviyyəli insanların yaxşı görünmək üçün onun kimi iqlim aktivistləri ilə şəkil çəkdirdiklərini açıqlayıb.

Sonxeber.az xəbər verir ki, İsveç dövlət radiosuna danışan 17 yaşlı fəal, "Prezidentlər, baş nazirlər, krallar və şahzadələr gəlib mənimlə danışmaq istəyiblər. Həmçinin danışdıqdan sonra İnstaqram hesabları üçün mənimlə foto çəkdiriblər. Şəkli sosial mediada yayımlandıqdan sonra bu onların yaxşı insan kimi tanınmasını təmin edib.

Tunberq daha əvvəl BBC-yə verdiyi açıqlamasında bildirmişdi ki, Nyu Yorkdakı Birləşmiş Millətlər Təşkilatının iqlim sammitində Angela Merkel, onunla görüşmək və şəkil çəkdirmək üçün üçün sıraya girən dünya liderlərindən biridir.

Cebhe.info


Oxunma sayı: 771