hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Dünya liderlərinin cəmi 7 faizi onlardır: Uğurları isə kişilərdən az deyil - BİZİM TƏQDİMAT

Dünya liderlərinin cəmi 7 faizi onlardır: Uğurları isə kişilərdən az deyil - BİZİM TƏQDİMAT

Ölkə rəhbərlərinin əksər hallarda kişilər olduğuna öyrəşsək də, qadınların idarə etdiyi ölkələr də var.

Mütəxəssislər bildirir ki, dövlət başçılarının yalnız 7 faizini qadınlar təşkil etsə də, onların idarə sistemindəki uğuru danılmazdır. Hətta yeni növ koronavirusla mübarizədə əksər dünya ölkələri çətinlik çəksələr də, qadınların idarəçiliyi altında olan ölkələrdə vəziyyət nisbətən daha uğurlu hesab edilib.

Cebhe.info qadınların rəhbərlik etdiyi ölkələri araşdırıb.

Məlumat üçün qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dünyada tanınan ölkə sayı 193-dür. Yalnız bu ölkələrin çox az bir qismini qadınlar idarə edir.

• Vyosa Osmani - Kosova

Dünən Kosovoda keçirilən prezident seçkilərində Vyosa Osmani qalib seçilib. Belə ki, o, namizədlər arasında ən yüksək səsi toplayaraq qalib olub.

• Maya Sandu - Moldova

Ötən il Moldovada keçirilən prezident seçkilərinin qalibi də qadın olub. Belə ki, Moldovanın sabiq baş naziri "Hərəkət və həmrəylik" partiyasından prezidentliyə namizəd Maya Sandu 57,75% səs alaraq ölkə başçısı seçilib.

Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 15-də keçirilib. İlk turda Maya Sandu 36,16%, keçmiş Moldova prezidenti İqor Dodon isə 32,61% toplayıb.

* Tsai Ing-wen – Tayvan

2016-cı ildə Tayvan ilk qadın rəhbərini seçib. 2016-cı il seçkilərində qalib gələn müxalif Demoktratik Mütərəqqi Partiyasının (DPP) lideri Tsai Ing-wen çindilli ölkələrin ilk qadın prezidenti olub. 59 yaşlı liderin mənsub olduğu siyasi qüvvə Çindən müstəqilliyin tərəfdarıdır. Çin Tayvanı öz ərazisi hesab edir. 2016-cı ildə DPP seçicilərin 60 faizinin dəstəyini qazanıb.

* Erna Solberq – Norveç

Mühafizəkar Partiyanını lideri olaraq tanınan Erna Solberq Norveçin ikinci qadın prezidentidir. O, 2013-cü ildən ölkəyə rəhbərlik edir. Hazırda onun kabinetinin yarısını qadınlar təşkil edir. Bundan əvvəl mühacirət və bölgənin inkişafı naziri olaraq yürütdüyü uğurlu siyasətə görə onu "Dəmir Erna" deyərək çağırıblar.

* Kamla Persad-Bissessar - Trinidad və Tobaqo

2010-cu ildə keçirilən seçkilərdə Kamla Persad-Bissessar 40 ildən artıq hakimiyyətdə olan Xalq Partiyasını məğlub edərək vəzifəyə gəlib. O, Karib körfəzində yerləşən Trinidad və Tobaqo tarixində dövlət başına gələn ilk qadın siyasətçi olub.

* Portia Simpson-Miller - Yamayka

Portia Simpson-Miller 2006-cı ildə Yamaykada keçirilən prezident seçkilərində qalib gəlib. O, prezident seçilərək ölkədə ilk qadın lider olub. Lakin Portia Simpson-Miller liderlik kürsüsündə sadəcə 1 il qala bilib. 2011-ci ildə isə o, təkrar seçkilərdə zəfər qazanaraq yenidən ölkə başçısı seçilib. O, 2017-ci ilə qədər liderlik vəzifəsini icra edib.

* Dilma Rusef - Brazilya

Brazilya da qadın lider tərəfindən idarə edilən ölkələr arasında olub. Belə ki, Dilma Rusef 2011-2016-cı illər arasında ölkə başçısı seçilib.O, 2014-cü ildə ikinci dəfə bu kürsünü əlində saxlamağı bacarıb. Öz ölkəsində "Dəmir Ledi" kimi tanınan Rusef 1970-ci illərdə 3 il həbsdə yatıb və işgəncə görüb.

2012-ci ildə sərt rəqabətlə keçən Cənubi Koreya seçkilərinin nəticələrinə görə prezident seçilmiş Park Geun-Hye ölkənin ilk qadın rəhbəri olub. Çevriliş nəticəsində hakimiyyətə gələn xanım Geun-Hyenin atası 18 il ərzində Cənubi Koreyanı idarə edib. Park Geun-Hye 2017-ci ilə qədər ölkə başçısı olub.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 991