hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dünya neft bazarı yenə çalxalanır

Dünya neft bazarı yenə çalxalanır

Dünya iqtisadiyyatının zəif formada bərpası neft bazarında da bəzi problemlərə səbəb olub.

Cebhe.info xəbər verir ki, bu barədə "Reuters"məlumat yayıb.

Ekspertlərin fikrincə, dünya neft bazarındakı indiki vəziyyət OPEK ölkələri üçün "baş ağrısı" olacaq.

"İndi OPEK neft ehtiyatlarının azalmasının qarşısını almaq barədə düşünməlidir, ya da uzun müddət neftin aşağı qiymətə satılması ilə barışmalıdır", - deyə "Rystad Energy"şirkətindən Bornar Tonxayqen bildirib.

“Brent” markalı neftin bu ilin sentyabr fyuçersləri 2021-ci ilin mart ayına qoyulan fyuçerslərlə müqayisədə bu həftə bir bareli 2 dollar ucuz satılıb. Bu 2020-ci ilin mayından bəri ən böyük endirimdir.

Dünən axşam isə “Brent” markalı neftin bir bareli 43,21 dollara satılıb.

Qeyd edək ki, Böyük Britaniyanın neft-qaz şirkətinin proqnozuna əsasən, “Brent” markalı neftin barelinin orta qiyməti yaxın onilliklərdə 55 dollara çatacaq.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1310