Dünya üzrə virusa yoluxma sayı 92,7 milyonu keçdi

Dünya üzrə koronavirusa yoluxma hallarının sayı 92 778 786 nəfərə çatıb.
Cebhe.info xəbər verir ki, pandemiya qurbanlarının sayı isə 1 986 900 nəfərə yüksəlib.
Təhlükəli infeksiyanın yayılması baxımından 3 ölkə - ABŞ, Hindistan və Braziliya siyahıya liderlik edir .
ABŞ-da koronavirusa yoluxma halı 23 616 345 nəfərdə təsdiqlənib. Ölənlərin sayı 393 928 nəfərdir.
İkinci yerdə 10 512 831 nəfərin COVID-19 diaqnozu qoyulduğu Hindistandır. Ölkədə ölənlərin sayı 151 765 nəfərdir.
Braziliyada isə 8 257 459 nəfər virusa yoluxub, ölənlərin sayı 206 009 nəfərə çatıb.
Naibə
Cebhe.info
Oxunma sayı: 639
Bizim Telegram səhifəmizi izləyin