hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dünyada koronavirusla bağlı son statistika

Dünyada koronavirusla bağlı son statistika

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 292 527 nəfər artaraq 17 106 007-yə yüksəlib.

Cebhe.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 6 812 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 668 910-a çatıb.

Ən çox yoluxma halı ABŞ (4 388 566 nəfər) , Braziliya (2 552 265 nəfər) və Hindistanda (1 638 870 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Cebhe.info


Oxunma sayı: 1508