hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0242
  • EURO - 1.8927
  • NEFT - 37.65
  • clouds-weather

Dünyanı evə qapadıb, özləri həyata açılır: Çin adi yaşayışına geri dönür: Ölümsüz ilk gün - FOTOLAR

Dünyanı evə qapadıb, özləri həyata açılır: Çin adi yaşayışına geri dönür: Ölümsüz ilk gün - FOTOLAR

Dünya əhalisinin koronavirusun sürətlə yayılması səbəbi ilə evdə qaldığı, karantin tədbirlərinin bütün ölkələri əhatə etdiyi, minlərlə insanın öldüyü bir zamanda virusun mənbəyi oln Çində həyat normal axarına qayıdır.

Cebhe.info xəbər verir ki, virusun yayıldığı Çinin Vuhan şəhərində 3 aylıq karantin başa çatıb. Şəhərdəki hava yolları, dəmir yolları istifadə üçün açıqdır. Bəzi fabriklərdə iş artıq başlayıb. 11 milyon əhalisi olan şəhər tədricən normal həyata qayıdır.

Məhdudiyyətlərin bəzisi hələ də qüvvədədir. Məktəblərin nə zaman açılacağına dair müzakirələr davam edir. Çinin Səhiyyə Təşkilatından verilən məlumata görə, ölkədə COVİD-19-un kütləvi yayılmağa başladığı yanvar ayından bəri ilk dəfə ölüm faktı qeydə alınmayıb.

Vuhandan çıxışda avtomobillərin uzun növbəsi yaranıb. Bunlar müxtəlif səbəblərdən şəhəri tərk etmək istəyənlərdir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3290