hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Düşmən olan iki ölkəni prezidentlər barışdırdı: Alimlər bu dostluğun sirrini öyrənir

Düşmən olan iki ölkəni prezidentlər barışdırdı: Alimlər bu dostluğun sirrini öyrənir

Özbəkistan və Tacikistanın illərlə pis olan münasibətlərinin tədricən yaxşılaşdırılmasında böyük rolu olan iki ölkənin dövlət başçıları- Şövkət Mirziyoyev və İmaməli Rəhmonun dostluğu alimlər səviyyəsində öyrənilir.

Cebhe.info xəbər verir ki, hər iki ölkədən olan mütəxəssislər qonşu ölkələr arasındakı dostluq münasibətlərinin inkişafı, buna təsir eədn amillər, gələcək gözləntilərlə bağlı konfrans keçirib.

Konfransda hər iki ölkənin tanınmış mütəxəssisləri iştirak edib.

Tədbir hər iki ölkənin Elmlər Akademiyasının təşkilatçılığı ilə baş tutub və Düşənbədəki Milli Kitabxanada olub. Daşkənddən xüsusi çarter reysi ilə alimlər Düşənbəyə gətirilib. Nümayəndə heyətinə akademik Akmel Saidov rəhbərlik edib. O, həm də parlament spikerinin müavinidir.

Məlumat üçün bildirək ki, iki ölkə arasında münasibətlər 1990-cı illərdən pisləşib. Hətta ölkələr arasında birbaşa təyyarə əlaqəsi də kəsilib. Özbəkistan birtərəfli qaydada Tacikistan vətəndaşlarına viza rejimi tətbiq eidb.

Sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib və daha sonralar bunun silahlıların ölkəyə girişini əngəlləmək məqsədi daşıdığı vurğulanıb. Özbəkistan Prezidenti İslam Kərimovun vəfatından sonra, 2016-cı ilin payızında hakimiyyətə Şövkət Mirziyoyevin gəlişi ilə vəziyyət dəyişib.

Nəticədə İmaməli Rəhmon və Şovkət Mirziyoyevin mütəmadi münasibətləri dostluğa keçib. 4 il ərzində iki ölkə arasında təyyarə əlaqəsi bərpa edilib, azad ticarət rejimi tətbiq olunub, ticarət dövriyyəsi kəskin artıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1519