hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Düşmən tərəfdə çaşqınlıq: “Hələ də baş sındırırlar ki..." - Osman Gündüz

Düşmən tərəfdə çaşqınlıq: “Hələ də baş sındırırlar ki..." - Osman Gündüz

"Erməni mediası yazır ki, bütün erməni hərbi ekspertləri baş sındırırlar ki, görəsən ötən günlərdə vurulduğu bildirilən dron həmin məşhur türk dronu “BayraktarTB2” ola bilərmi. Belə görünür ki, müharibə başlayandan sonra bu dronlardan bir dənə də olsa, vura bilməyiblərmiş".

Cebhe.info xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, vurulan dronun qalıqları arasından onun kamerasının - Kanada istehsalı olan "CMX-15D" elektron-optik qurğusunun qalıqlarına əsasən, onun “BayraktarTB2” ola biləcəyi qənaətinə gəliblər:

"Lakin sonradan məlum olub ki, bu texnologiya Türkiyənin digər bir dronunda da – “ANKA” da istifadə olunur. “ANKA”-nın isə bizim orduda olması haqqında bilgiləri olmadığından hələ də baş sındırırlar ki, görəsən hansı olub. Bildiyim qədər hazırda bizim orduda özümüzün yerli istehsal da daxil olmaqla təxminən 6-7 növ dronlardan istifadə olunur.

Ümid edirəm müharibə başa çatanadək erməni ekspertlər dəqiq müəyyən edə biləcəklər ki, vurulan dron hansı olub. Yeri gəlmişkən, həmin bu "CMX-15D" optik texnologiyasını Kanada bu yaxınlarda Türkiyəyə satmaqdan imtina edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın bu addımını müttəfiqlik əlaqələrinə zidd olduğunu bildirib.

Baykar şirkəti isə “BayraktarTB2”-nin gələcək istehsalında Türkiyənin “Aselsan” şirkətinin eyni tip texnologiyasından istifadə edəcəyini açıqlayıb".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1211

Bizim Telegram səhifəmizi izləyin