hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Dünya yeni böhran ərəfəsində: İqtisadiyyat zəifləyir 

Dünya yeni böhran ərəfəsində: İqtisadiyyat zəifləyir 

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatında artım zəifləyir. Düzdür, bunu, tezliklə böhranın başlayacağı göstəricisi saymaq olmaz”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov deyib. P.Heydərov bütün dünya ölkələrində iqtisadi tempin zəiflədiyini bildirib. “Ancaq dünya iqtisadiyyatı bir tamdır - heç bir ölkə təkbaşına davamlı olaraq iqtisadi artım nümayiş etdirə bilməz. Demək istədiyim budur ki, ümumən bütün dünya iqtisadiyyatında - Avropa Birliyi ölkələrində, Çin, Yaponiya və s. ölkələrdə artım zəifləyib. Bunun müqabilində Amerikada da temp aşağı düşməli idi”.
Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1233