hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Dünyanı qaranlığa qərq edən müsəlman qətliamı: Trampın “həmfikri”, nasist, yoxsa sadəcə “şöhrət ovçusu”?

Dünyanı qaranlığa qərq edən müsəlman qətliamı: Trampın “həmfikri”, nasist, yoxsa sadəcə “şöhrət ovçusu”?

Dünya Yeni Zellandiyada məscidlərdə terror aktından danışır. Artıq qurban sayı 50-yə çatıb. Həkimlər onlarla insanın vəziyyətinin hələ də ağır olduğunu deyir. Polis hadisədə ittiham olunan 4 nəfəri saxlayıb. Onlardan biri dünən axşam saatlarında sərbəst buraxılıb, çünki günahını sübuta yetirmək mümkün olmayıb. Hadisənin təfərrütları ilə bağlı başqa məqamlar da üzə çıxıb.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, saxlanılanlar barədə 5 aprelə qədər həbs qətimkan tədbiri seçilib. İki məsciddəki hadisənin əsas şübhəlilərinə qarşı qətl ittihamı irəli sürülüb.

Polis şəxsin üzünü gizlətməyə çalışıb, özü isə yox. Brenton Tarrant adlı şəxsin əslində nə istədiyi məlum deyil. Hərəkətləri isə onun hələlik ancaq şöhrət istədiyini göstərir. O, düz 17 dəqiqə qətliam yerindən yayım edib, dəfələrlə kameranı özünə tərəf çevirib. Tək hərəkət etməyib, polisin ehtimalına görə, məscidin qapılarında kimsəni çölə buraxmamaq üçün adamlar qoyub. Polis daha 3 nəfəri saxlayıb.

Hələlik başqa şübhəlilər yoxdur. Tarrant özü Yeni Zellandiya vətəndaşı olmayıb. Ölkənin baş naziri də bunu təsdiqləyib. İndi əsas məsələ ölkə vətəndaşı olmayan birinin qətliam törətmək üçün odlu silahı necə əldə etməsidir.

Məhkəmə zalında Tarrant qəribə hərəkətlər edib, hətta neonasistlər kimi davranıb. Jurnalistlər daha sonra onun vəkilinin də cavab olaraq barmaqlarını hərəkət etdirdiyinə diqqət yetiriblər.

Tarrantla bağlı məlumatlar göstərir ki, o, "şöhrət"ə gedən yola çoxdan hazırlaşıb. Çoxsəhifəli manifest yazıb və onu "Böyük dəyişiklik" adlandırıb. Bu manifestdə dəfələrlə "ağ genosid" ideyasına qayıdıb. Breykivə simpatiyasını hiss etdirib. Hətta ABŞ prezidenti Donald Trampı da unutmayıb. O, Trampı da “həmfikir” adlandırıb. Hətta o dərəcədə ki, Tramp bu xəbər yayıldıqdan sonra açıqlama vermək məcburiyyətində qalıb. O, hadisəni “psixi problemləri olan şəxslərin əməli” adlandırıb.

Hələlik isə xəstəxanalarda onlarla yaralı var. "Mən sonuncu dəfə bu qədər yaralını bir yerdə nə zaman gördüyümü xatırlamıram. 2011-ci ildə təbii fəlakət zamanı bənzər şey olmuşdu. O zaman qurban sayı 185 nəfər idi. Budəfəki hadisə isə sadəcə dəhşətdir", - deyə həkimlərdən biri bildirib.

Yeni Zellandiyadakı hadisə bütün dünyanı heyrətə gətirib. BMT bir dəqiqəlik sükut elan edib. Fransa Eyfel qülləsindəki işığı bir müddətlik söndürüb. Moskvada Ostankino qülləsi də qaranlığa qərq olub. Tarrantın vətəndaşı olduğu Avstraliyada  parlament binası Yeni Zellandiya bayrağının rənglərinə bürünüb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1440