hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

DYP-dən Sumqayıta işləyən avtobus sürücülərinə - Xəbərdarlıq

DYP-dən Sumqayıta işləyən avtobus sürücülərinə - Xəbərdarlıq

Yeni dərs ilinin başlanması ilə əlaqədar DİN Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıtdan Bakı şəhərinə və əks istiqamətdə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edib.

Müraciətdə sürücülərin nəzərinə çatdırılıb ki, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək:

"Belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər.

Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayacaqlar".

Cebhe.info


Oxunma sayı: 496