hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Əbülfəs Qarayev üç ölkədən gələn qonaqlarla görüşdü

Əbülfəs Qarayev üç ölkədən gələn qonaqlarla görüşdü

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya, Özbəkistan və Qazaxıstandan qonaqları qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, nazir qonaqları salamlayaraq ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutu, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, eləcə də Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti haqqında məlumat verib.

Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra institutları ilə sıx əməkdaşlıq qurduğunu bildirən nazir Memarlıq və İncəsənət İnstitutu ilə əlaqələri xüsusi qeyd edib. Bildirib ki, dünyada memarlıq irsinin qorunması üzrə tələblər artıb. Bu gün fərqli mədəniyyətlərin bir araya gəlməsi diqqət mərkəzindədir.

Qonaqlar da öz növbəsində ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin, həyata keçirilən müxtəlif layihələrin onların marağına səbəb olduğunu diqqətə çatdırıblar.

Cebhe.info


Oxunma sayı: 573