hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Ədliyyə Nazirliyindən partiyalarla bağlı qərar: “Adımız rəsmən Ağ Partiyadır”-Tural Abbaslı

Ədliyyə Nazirliyindən partiyalarla bağlı qərar: “Adımız rəsmən Ağ Partiyadır”-Tural Abbaslı

Bu gün Ədliyyə Nazirliyi daha 3 partiyanın sənədlərini təsdiqləyib.

Belə ki, Nazirliyin məlumatına görə Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Qeyd edək ki, bundan əvvəl də 4 partiya dövlət qeydiyyatına alınmışdı.

Qeydiyyata alınan Ağ Partiyanın sədri Tural Abbaslı Cebhe. info-ya açıqlamasında qeydiyyat məsələsinə münasibət bildirib: “Bizdə məsələ sənədlərə edilən dəyişikliyin təsdiq olunması idi. Biz onsuz da 4 ildir ki, Vahid Azərbaycan Partiyası kimi rəsmi fəaliyyət göstərirdik. Sadəcə olaraq biz qurultayın sənədlərində olan ad, partiya sədri və nizamnamədə edilən dəyişikliklərin Ədliyyə Nazirliyinin reystr xidmətindən keçirilməsinə çalışırdıq. Nəhayət bu yaxınlarda biz əlaqə saxladıq və sənədlərin necə hazırlanması ilə bağlı bəzi məsləhətləşmələrimiz oldu. Biz də sənədləri hazırlayıb təqdim etdik və nəhayət 4 ildən sonra partiyanın ad dəyişikliyini qeydə alındı. Bu qərar tam olaraq partiyanın qeydiyyatı deyil, sadəcə olaraq partiyanın adı dəyişib, mənim sədrliyin və nizamnamədə olan dəyişikliklər təsdiq olunub. Bundan sonra rəsmi olaraq Ağ Partiya olaraq fəaliyyət göstərəcəyik”.
Vilayət Muxtar
Cebhe. info


Oxunma sayı: 342