hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

ƏƏSMN çöldə qalan vətəndaşı sığınacağa yerləşdirdi

ƏƏSMN çöldə qalan vətəndaşı sığınacağa yerləşdirdi

Sosial şəbəkələrdə və mətbuatda Lənkəran şəhərində qeydiyatda olan, 1935-ci il təvəllüdlü, I qrup gözdən əlil Fayaz Baxış oğlu Məhərrəmovun yaşayış yeri olmadan Bakı şəhərində çətin həyat şəraiti keçirdiyi barədə yayılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən müvafiq tədbirlər görülüb.

Cebhe.info xəbər verir ki, məlumatı Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov verib.

Onun sözlərinə görə, həmin ahıl şəxsin bildirdiyinə görə, övladı ona məxsus evi sataraq, onu biryolluq tərk etdikdən sonra belə çətin duruma düşüb. Bir müddət həbs həyatı yaşayıb, sonralar isə müxtəlif məkanlarda qalıb:

“Bu gün F.Məhərrəmov əməkdaşlarımız tərəfindən nazirliyin Sosial Sığınacağına gətirilib. Burada tibbi müayinədən keçib, stasionar şəraitdə zəruri sosial-məişət xidmətləri ilə təmin edilir.

Bildirək ki, F.Məhərrəmov hazırda yaşa görə əmək pensiyası ilə təmin olunur.

Eyni zamanda əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə də cari il aprelin 1-dən Prezidentin aylıq təqaüdünün təyin olunmasına başlanıb.

I qrup gözdən əlil olan F.Məhərrəmovun da həmin aylıq təqaüdlə təmin olunması üçün artıq sənədləşmə işlərinə başlanıb. Həmçinin ötən üç ayın (aprel, may, iyun) ödənilməmiş təqaüdləri də toplam halda ona ödəniləcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1486