hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Efiopiyada etiraz zamanı ölənlərin sayı 166-ya çatdı

Efiopiyada etiraz zamanı ölənlərin sayı 166-ya çatdı

Şərqi Afrika ölkəsi Efiopiyada müğənni və aktivist Hachalu Hundessanın öldürülməsindən sonra başlayan etirazlarda ölənlərin sayı 166-ya yüksəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiyada müğənni Hachalu Hundessanın öldürülməsindən sonra başlayan və şiddətli hadisələrə çevrilən etiraz nümayişlərində balans artır. Bu barədə mətbuata açıqlama verən Oromia direktor müavini Girma Gelam, Oromiya bölgəsindəki nümayişlərdə 145 mülki şəxsin və 11 təhlükəsizlik işçisinin öldürüldüyünü bildirib.

Paytaxt Əddis-Əbəbədəki etirazlar zamanı 10 nəfərin öldüyünü izah edən Gelam, nümayişlər zamanı 167 nəfərin yaralandığını və 84 min adamın tutulduğunu söyləyib. Gelam, zorakılıq hərəkətlərinin tamamilə dayandırıldığını bildirib.

Bildirək ki, etirazlar Efiopiyalı 34 yaşlı müğənni Hundessanın Bazar ertəsi günü öldürülməsindən sonra başlayıb. Ancaq Hundessanın niyə və kim tərəfindən öldürüldüyü hələ məlum deyil. Yerli mediada yayılan məlumatlara görə, Hundessa əvvəllər ölüm təhdidləri almışdı.

Qeyd edək ki, Hachalu Hundessanın Efiopiyanın ən böyük etnik qrupu olan Oromosun qanun pozuntuları haqqında mahnıları 2015 ilə 2018 arasındakı müxalif nümayişlərdə səsləndirilib.

Cebhe.info


Oxunma sayı: 2047