hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Efiopiyada toqquşmalar zamanı 81 nəfər öldürülüb

Efiopiyada toqquşmalar zamanı 81 nəfər öldürülüb

Efiopiyada məşhur musiqiçi və siyasi fəal Haakaaluu Xundessin qətlindən sonra son 48 saat ərzində baş vermiş qarışıqlıqların gedişatında azı 80-dan çox insan həlak olub.

"Report" xəbər verir ki, bu barədə Oromiya ştatının polisinə istinadən "France Presse" agentliyi məlumat yayıb.

"Bizdə Oromiya ştatının xüsusi bölməsinin üç əməkdaşı da daxil olmaqla, 81 insanın həlak olması haqqında məlumatlar var", - polisinin regional bölməsinin müdiri Arars Merdasa bildirib.

"Reuters" isə xəbər verib ki, toqquşmalarla əlaqədar Əddis-Əbəbəyə ordu bölmələri göndərilib. Paytaxt ətrafında soyğunçuluqla məşğul olan silahlı dəstələr peyda olub.

Efiopiyanın “Addis Standard” nəşrinin məlumatına görə, Əddis-Əbəbədə "Əsl demokratiya üçün Balderas" siyasi partiyasının lideri və banisi Eskinder Nequ həbs edilib.

Cebhe.info


Oxunma sayı: 2223