hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Əfqanıstanda partlayış

Əfqanıstanda partlayış

Əfqanıstanın paytaxtı Kabildə məktəblərdən birinin yaxınlığında baş verən partlayışda ölənlərin sayı 63-ə yüksəlib.

Cebhe.info xəbər verir ki, bu barədə Tolo News telekanalı qurbanların qohumlarına istinadən məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 150 nəfər yaralanıb. KİV-in verdiyi məlumata görə, mayın 8-də məktəbin qarşısında bomba yüklü avtomobil partlayıb, ardından isə iki raket hücumu olub. Partlayışlar tələbələr binadan çıxarkən baş verib, qurbanların əksəriyyəti qızlardır.

Əfqanıstan Prezidenti Əşrəf Qani partlayışda Taliban hərəkatını günahlandırıb və onların şiddətin miqyasını artırdıqlarını və mövcud böhranın sülh yolu ilə həll edilməsinə maraqsız olduqlarını bir daha nümayiş etdirdiklərini deyib.

Cebhe.info


Oxunma sayı: 56167