hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Əfqanıstanda partlayış törədildi, çox sayda yaralı var

Əfqanıstanda partlayış törədildi, çox sayda yaralı var

Əfqanıstanın şimalındakı Səməngən əyalətinin paytaxtı Aybək şəhərində Milli Təhlükəsizlik Direktorluğuna (NDS) aid binanın qarşısında güclü partlayış baş verib.

Əyalət qubernatorunun sözçüsü partlayışdan sonra həmin yerdə atışma başladığını, həmçinin “Taliban” hərəkatı da partlayışın məsuliyyətini üzərinə götürərək hazırda təhlükəsizlik qüvvələri ilə binaya hücum edən şəxslər arasında atışma getdiyini bildirib.

Əyalətin İctimai Səhiyyə Departamenti partlayışdan sonra aralarında 3 uşaq və 1 qadının olduğu azı 43 nəfərin xəstəxanaya çatdırıldığını açıqlayıb.

1TV xəbər verir ki, NDS binasının qarşısında bir avtomobilin havaya uçurulmasından sonra bir qrup silahlı binaya daxil olub, daha sonra ərazidən atışma səsləri gəlib./Report.

Cebhe.info


Oxunma sayı: 815