hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Əfsanəvi basketbolçudan xeyirxah addım - VİDEO

Əfsanəvi basketbolçudan xeyirxah addım - VİDEO

Əfsanəvi basketbolçu Maykl Cordan xeyirxah addımı ilə diqqət çəkib.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl keçmiş idmançı iki xəstəxananın açılışına 7 milyon dollar bağışlayıb.  Həmin tibb ocaqları beş il ərzində tibbi sığortası olmayan 35 min insana xidmət göstərəcək. 

Artıq xəstəxananın açılışı baş tutub. Açılışda iştirak edən Cordan göz yaşlarına hakim ola bilməyib:

"Məni illərlə dəstəkləyən bu xalqa bir şeyi edə bildiyim üçün çox xoşbəxtəm. Bu mənim üçün çox dəyərlidir. Həyatımı şoular və digər yerlərdə qazandım. Ancaq hər şeyin harada başladığını da unutmadım. Mənə verilən dəstəyin qarşılığını ödəyə bilmərəm. Bu hələ başlanğıcdır" deyə çıxışında bildirib. 

Maykl Cordan hazırda Amerika Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən  "Charlotte Hornets" klubunun sahibidir. 

Cebhe.info


Oxunma sayı: 595