hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Əfsanəvi dostluq ölümlə bitdi: Amurun keçisi öldü

Əfsanəvi dostluq ölümlə bitdi: Amurun keçisi öldü

Rusiyanın əfsanəvi pələngi Amurun dostu keçi Timur ölüb. 

Cebhe.info xəbər verir ki, Primorksdəki safari-parkda yaşayan keçinin ölümün barədə onun himayəçisi Elvira Qolovina məlumat verib.

Onun sözlərinə görə, keçi yaxşı şəraitdə saxlanılıb, onun müşahidəsi 3 həkim tərəfindən aparılıb.

Keçi dəfn olunacaq və məzarının üstündə bürüncdən abidəsi qoyulacaq.

Məlumat üçün bildirək ki, Timur və Amur 2015-ci ildən dostluq edirdi. Pələng dünyanın ən qəddar və ən təhlükəli yırtıcılarından biri olsa da, Amur pələngi qəddarlığı ilə xüsusilə seçilir. O, öz  şikarına qətiyyən rəhm etmir.

Lakin Rusiyanın Primorsk diyarında, Şkotov rayonundakı safari-parklardan birindəki Amur pələngi qəribə davranıb

Amur pələnginin volyerinə həmişəki kimi şikar qismində keçi buraxılsa da, pələng bu dəfə keçini parçalayıb yeməyib.

Bundan sonra Timur adlı keçi ilə pələng dostlaşıblar.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1310