hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Ege Hospitala yeni baş direktor təyin olundu

Ege Hospitala yeni baş direktor təyin olundu

Ege Hospitala yeni baş direktor təyin olunub.

Cebhe.info xəbər verir ki,  Samir Şükürov Ege Hospitalda Baş direktor vəzifəsinə təyin edilib. İxtisasca həkim endokrinoloq olan S.Şükürov bu təyinata qədər  HB Güvən klinikasının endokrinologiya şöbəsinin müdiri və daha sonra Baş həkimi vəzifəsində çalışıb. 

Baş direktor S.Şükürov bildirib ki,  perspektiv planımız  xəstəxanamızda Tibb sektorunun ən son nailiyyətlərini tətbiq etmək, tək ölkə ərazisində deyil, həm də ölkə xaricindən insanların müalicə üçün bizə üz tutmasını təmin etmək və yüksək peşəkarlıqla xalqımıza xidmət göstərməkdir. 

Qeyd edək ki, Samir Şükürov 2010-cu ilde Azerbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultesini bitirib. 2011-2015-ci ildə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universiteti Endokrinologiya və Metabolizma xəstəlikləri kafedrasında təhsil alıb. Doktor Samir Şükürov , Əziz Əliyev adina Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantı, Türkiyə Endokrinoloji və Metobolizma Dərnəyinin –Fəxri üzvi, Amerika və Avropa Endokrinologiya cəmiyyətinin – həqiqi üzvüdür. Xarici və yerli jurnallarda çap olunan bir çox məqalələrin müəllifidir.

Türkiyə və Azərbaycanın sayılıb seçilən professor, dosent, uzman həkimlərinin fəaliyyət göstərdiyi Ege Hospital hər zaman güclü, sağlam işçi heyəti, xəstə məmnuniyyəti, tibb texnalogiyasındakı ən müasir avadanlıqları ilə tibbin bütün sahələrində fəaliyyət göstərib və çox müəssisələrdən seçilib. Samir Şükürovun Ege Hospital komandasına daxil olması ilə xəstəxanamız daha böyük nailiyyətlərə imza atacaqdır. 

Cebhe.info


Oxunma sayı: 551