hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

"Əhali peyvəndləmə prosesinə ümidlə baxır"-Deputat

"Əhali peyvəndləmə prosesinə ümidlə baxır"-Deputat

"Azərbaycanda müvafiq qərara uyğun olaraq peyvədləmə prosesi davam etdirilir.

Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq da risk qruplarına peyvənd vurulur. Ucar rayonu da bu prosesdən kənar qalmayıb, ilk növbədə əsas risk qrupu hesab olunan həkimlər peyvənd olunur. Ucar rayonunda 750 nəfər tibb işçisi var və onlar vaksinasiya prosesi davam etdirilir".

Bunu Cebhe.info-ya açıqlamasında deputat Ramil Həsən deyib. R.Həsən parlamentdə təmsil etdiyi Ucar rayonunda digər risk qrupları olan 60 yaşdan yuxarı vətəndaşlar və səhhətində problem olanlar da peyvəd olunur:

"Ümumi olaraq respublika ərazisində peyvədlənmə necə gedirsə, Ucar rayonunda da eyni qaydada davam etdirilir. Mütəmadi olaraq Ucar rayonu ilə əlaqədəyəm, iki gün əvvəl orada idim, şəhid ailələri ilə görüşdüm, qaziləri ziyarət etdim, vətəndaşlarla görüşdüm.

Böyük məmuniyyətlə qeyd edə bilərəm ki, əhalinin əksər hissəsi peyvəndləmə prosesinə ümidlə baxır. Sosial məsafəni gözləmək, digər vasitələr istifadə etməklə yanaşı peyvəndləməyə də mövcud karantin rejimindən çıxmaq üçün bir ümid kimi baxır.

Düşünürəm ki, bu, maskadan qurtulmağa, bəzi müəssisələrin açılmasına şərait yaradacaq. Rutin həyata dönüş üçün uğurlu nəticələr əldə edəcəyik".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2399