hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Əhali zəhərlənmə yaradan qida məhsulları ilə bağlı maarifləndirilib - QHT layihəni başa çatdırdı

Əhali zəhərlənmə yaradan qida məhsulları ilə bağlı maarifləndirilib - QHT layihəni başa çatdırdı

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Yay mövsümündə zəhərlənmə yaradan qida məhsulları ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Cebhe.info xəbər verir ki, konfransda “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Elman Cəfərli, layihənin eksperti Vilayət Muxtar və media təmsilçiləri, bloqqerlər, aktiv sosial şəbəkə istifadəçiləri iştirak edib.

Tədbirdə layihənin rəhbəri Elman Cəfərli və layihənin eksperti Vilayət Muxtar iştirakçılara 2 aylıq layihə çərçivəsində görülən işlərdən danışıb. Elman Cəfərli mövzunun kifayət qədər aktual olduğunu bildirib.

Sonda media nümayəndələrini və bloqqeləri maraqlandıran sualalra cavab verilib.

Aydın
Cebhe.info


Oxunma sayı: 529

Bizim Telegram səhifəmizi izləyin