hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Əhalinin banklardakı әmanәtlәri artıb

Əhalinin banklardakı әmanәtlәri artıb

Mәrkәzi Bankın mәlumatına görә, avqustun 1-nә әhalinin banklardakı әmanәtlәrinin milli valyuta ekvivalentindә mәblәği iyul ayı әrzindә 67,8 milyon manat artaraq 7 milyard 774,2 milyon manat tәşkil edib.

Cebhe.info xəbər verir ki, bu haqda məlumatı Dövlət Statistika Komitəsi Azərbaycan Mərkəzi Bankına istinadən yayıb.

Komitədən bildirilib ki, əmanәtlәrin 52,6 faizi xarici, 47,4 faizi isә milli valyutada qoyulub.

Milli valyutada olan әmanәtlәr ötәn ilin müvafiq dövrünә nisbәtәn 1,6 faiz, xarici valyutada әmanәtlәr isә 15,4 faiz azalıb. Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbәtdә orta mәzәnnәsi 1,70 (ilin әvvәlindәn 1,70) manata, 1 avroya 2,01 (1,90) manata, 100 rus rubluna 2,31 (2,43) manata bәrabәr olub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1783