hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Əhaliyə at əti satmaq istədilər - Qarşısı alındı

Əhaliyə at əti satmaq istədilər - Qarşısı alındı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Balakən şəhəri Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəddin oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib. 

Cebhe.info xəbər verir ki, bu haqda məlumatı AQTA-nın ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Məlumata görə, baxış zamanı vətəndaş Çonpuzov Elgün Zeynəddin oğlunun həyətyanı sahəsində qanunsuz və antisanitar şəraitdə kəsimi həyata keçirilən, təxmini çəkisi 64 kq olan at cəmdəyi aşkar edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb. Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. 

Hazırda faktla bağlı araşdırma davam etdirilir. 

Cebhe.info


Oxunma sayı: 518