hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Əkinçi”nin davamçısının adsız məzarı ilə bağlı məsələ həll edilir: Konsulluqdan zəng

"Əkinçi”nin davamçısının adsız məzarı ilə bağlı məsələ  həll edilir: Konsulluqdan zəng

Xəbər verdiyimiz kimi, Azərbaycan mətbuat tarixində ilk anadilli qəzetin banisi olan “Əkinçi”nin davamını gətirən, mətbuat tariximizə “Ziya”, “Ziyayi-Qafqaziyə”ni bəxş edən, üsuli-cədid tipli məktəblərin əsasını qoyan Hacı Səid Ünsizadə 1905-ci ildə İstanbulda vəfat edib.

Lakin 2017-ci ilədək Hacı Səid Ünsizadənin məzarının harada olduğu bilinməyib. Məzar 2017-ci ildə Hacı Səid Ünsizadənin kötücəsi Zaur Ünsizadənin şəxsi təşəbbüsü ilə tapılsa da, məzarın bərpası üçün heç bir tədbir görülməyib.

Mətbuatımızın inkişafı üçün xeyli əmək sərf edən, ziyalı şəxslərimizdən biri olan Səid Ünsizadənin məzarı bu günə qədər hələ də “adsız məzar” deyə tanınır.

Bununla əlaqədar Türkiyə Atatürk Universitetinin doktorantı Nurlan Ağa və Eskişehir Anadolu Universitetinin doktorantı Maral Nəcəfli sözügedən məsələni aktuallaşdıraraq Zaur Ünsizadənin də məlumatı üzrə İstanbul bələdiyyəsinə məktub göndəriblər. Məktubda məzarın son görünüşündən şəkillər də əlavə edilərək İstanbul bələdiyyəsindən məsələnin diqqətdə saxlanılması və məzarın bərpa edilərək kimə aid olduğunun bildirilməsi xahiş olunub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məsələni gündəmə gətirən Eskişehir Anadolu Universitetinin doktorantı Maral Nəcəfli ilə əlaqə saxlayıb. Konsulluqdan bildirilib ki, məsələni dəqiqləşdirmək və həlli üçün lazımi tədbirləri görmək istəyirlər. Maral Nəcəfli məsələ haqqında ətraflı məlumatı verib. Məsul şəxs qeyd edib ki, məsələ ilə bağlı Vakıflar (Fondlar) Genel Müdürliyi ilə də əlaqə saxlanılıb.

M.Nəcəfli Cebhe.info-ya bildirib ki, məsələ ilə bağlı Konsulluq təmsilçisinə ətraflı məlumat verib:

“Bildirdim ki, 2017-ci ildə Hacı Səid Ünsizadənin kötücəsi Zaur Ünsizadə Səmədov həmin məzarı tapıb. Hətta Akif bəy də Səid Ünsizadənin məzarını ziyarət edib. Lakin daha sonra məsələ gündəmə gətirilməyib. Biz təqribən 10 gün əvvəl məzarı ziyarət etdik. Məktubda da ziyarətdən şəkil var. Məsələ iıə bağlı dünən Sabir Rüstəmxanlı ilə danışdıq. Biz İstanbul bələdiyyəsinə də müraciət etmişdik. Onlar bizə dedilər ki, bu haqda rəsmi müraciət olmalıdır. Bunu da etdik. Bu gün də öyrəndik ki, bu müraciət Vakıfların Genəl Müdürliyindən olmalıdır. Məsələ ilə bağlı Ankaradakı səfirimiz Xəzər İbrahimlə də əlaqə saxlanacaq. Bilirsiz ki, orada icazəsiz hər hansı daşı belə tərpətmək olmaz. İstərdik ki, rəsmi müraciət olunsun və icazə verilsin ki, məzara tabel yerləşdirilsin. Bu da peşəkar şəxslər tərəfindən edilsin. Hacı Səid Ünsizadənin başdaşındakl köhnə yazı yeni əlifba ilə əvəzlənsin və yenidən bərpa edilsin”.

Konsulluqdan bildirilib ki, məzarlıq tarixi yer olduğu üçün səlahiyyətli şəxslərin icazəsi olmalıdır.

“Biz vakıflarla da, səfirliklə də məsələni müzakirə edərik. Ya səfirlik, ya da vakıflarla bu məsələ bilə bağlı işlər görməyə çalışacağıq”,- deyə Konsulluq nümayəndəsi bildirib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2333

Bizim Telegram səhifəmizi izləyin