hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Ekologiya və Təbii Sərvətlər naziri və nazir nüavinləri vətəndaşları qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər naziri və nazir nüavinləri vətəndaşları qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər naziri və nazir nüavinləri vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 28 iyun 2019-cu il tarixində saat 09:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan Quba şəhəri, Heydər Əliyev prospekti) Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

28 iyun 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Xaçmaz rayonunda, nazir müavini Rauf Hacıyev isə Siyəzən rayonunda vətəndaşlarla görüşəcək.

Vətəndaşların qəbulu Xaçmaz rayonunda Xudat şəhəri, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında (ünvan Xaçmaz rayonu, Xudat şəhəri 4-cü şöbə) və Siyəzən rayonunda isə Siyəzən meşəbəyliyinin inzibati binasında (ünvan Siyəzən şəhəri, Cəfər Cabbarlı 2) saat 09:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Xaçmaz rayonu Xudatı şəhəri, 4-cü şöbə) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 023-32-3-00-14, 070-232-33-45, 055-225-11-54) xahiş olunur.

Cebhe.info


Oxunma sayı: 342