hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Ekspert Arif Rəhimzadəyə etiraz etdi: “İcra hakimiyyətlərinin Sovetlərin rayon katibliklərindən hansı fərqi var ki?”

Ekspert Arif Rəhimzadəyə etiraz etdi: “İcra hakimiyyətlərinin Sovetlərin rayon katibliklərindən hansı fərqi var ki?”

“Milli Məclisin Regional məsələlər komitəsinin rəhbəri Arif Rəhimzadə danışır. Deyir ki, səlahiyyətlərin böyük bir hissəsinin Bakı Böyük Şəhər Bələdiyyəsində mərkəzləşdirilməsi düzgün olmazdı. Sonra da əlavə edir ki, Bakının şəhər, qəsəbə və kənd bələdiyyələri özlərini tam təsdiq etdikdən və asılılıq girdabından azad olandan sonra Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması gündəmə gələ bilər”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun firkrincə, Arif Rəhimzadənin bu fikri son dərəcə əsassız, istər elmi, istərsə də praktik baxımdan heç bir tənqidə dözüm gətirə bilməyəcək yanaşmadır:

“Azərbaycan Avropa Şurasında paytaxtda seçkili mer institutu yaratmayan ölkə olaraq qalır. Bu gün Bakının yanında 300 mln. dollarlıq büdcə ilə paytaxtı idarə edən Tbilisi təcrübəsi var. Mer institutu sadəcə "qonşudan geri qalmamaq" üçün atılacaq bir addım deyil. Bütövlükdə yerli özünüidarə institutunun yaradılması ölkədə iqtisadi inkişafın, tarazlı bölgə inkişafının və siyasi mərkəzləşmənin zəifələdilərək ölkədə demokratikləşmənin təməl şərtidir. Əgər bu baş verməyəcəksə, iqtisadi islahatlarla bağlı atılan istənilən addımın effekti zəif və qısamüddətli olacaq, dayanıqlı inkişaf baş verməyəcək. Heç olmazsa "iki dövlət bir millət" dediyiniz Türkiyəni bü günlər davamlı izləyin. Dünən İstanbul Böyük Şəhər bələdiyyəsinin müxalifətdən olan namizədi deyir ki, 16 mln. şəhər sakini büdcədən də böyük xəzinədir. Bu insanların düşüncəsini, biliyini ortaq işə cəlb etməklə ən böyük layihələrə imza atılacaq. Bizdə isə insanların, onların nə düşündüklərinin və söylədiklərinin dəyəri yoxdur. İllərdir mütəxəssislər deyir ki, Bakıda seçkili mer institutu yaradılmalıdır, inkişafın bunsuz alternativi yoxdur. Artıq çoxdan estafeti gənc insanlara verməli olan, kommunistlərdən miras qalan insanlar deyir ki, biz Sovet idarəçiliyini sonacan dəyişməyəcəyik. Gerçəkdən ad dəyişikliyini nəzərə almasaq, bu gün Azərbaycanda icra hakimiyyətlərinin Sovetlərin rayon (şəhər) katibliklərindən hansı fərqi var kiə”

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 21996