hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Ekspert BNA-nı hədəfə aldı: “Problemi həll edə bilməyən qurum “elektron protokol”u dərhal yazır”- NARAZILIQ

Ekspert BNA-nı hədəfə aldı: “Problemi həll edə bilməyən qurum “elektron protokol”u dərhal yazır”- NARAZILIQ

“2007-ci ildə nəqliyyatın intellektual idarə edilməsi üçün Prezident fərmanı verilib və bu iş Nəqliyyat Nazirliyinə həvalə edilib. 2011-ci ildə ozamankı nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında Cənubi Koreya şirkəti ilə 100 milyon manatlıq bir sövdələşməylə Bakı şəhəri üzrə nəhəng bir texnoloji infrastruktur və informasiya sistemi, həmçinin də onu idarə etmək üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb”.

Cebhe.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O bildirib ki, qarşıya qoyulan vəzifə Bakı şəhərində nəqliyyatı texnologiyaların köməyi ilə intellektual formada idarə etmək, işıqforları tam avtomatik idarə etmək, texnologiyalar vasitəsilə tıxacların qarşısının alınmasına və idarə olunmasına nəzarət etmək, SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, alternativlər təqdim etmək, sürücülərin məlumatlandırılmasını təşkil etmək və s. olub:

“Qısa zamanda məlum oldu ki, NİİM qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmir. Dayanacaqlarda quraşdırılan, dəyəri az qala 10 min dollar olan 700-dək monitor, yüzlərlə müşahidə kameraları, kilometrlərlə fiber optik infrastruktur, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, NİİM-də quraşdırılan, dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur effektiv işləyə bilmədi. Bir sözlə, NİİM iflas oldu. Bu isə Azərbaycanın İT (İnformasiya Texnologiyaları) tarixində nə bahalı və ən uğursuz layihə hesab oluna bilər. 2015-ci ildə Bakı Nəqliyyat Agentliyi (BNA) yaradılanda Nəqliyyat Nazirliyinin tabeliyində olan NİİM BNA-nın tabeliyinə keçdi. Yəni, həmin tarixdən nəqliyyatın vahid mərkəzdən intellektual, mərkəzləşdirilmiş formada tənzimlənməsi BNA-nın səlahiyyətindədir. Ondan sonra qəbul edilən bütün fərman, sərəncam, qərarlarda BNA-ya tapşırıqlar verilib ki, bu sahədə qayda yaradılsın”.

Ekspert əlavə edib ki, Bakı şəhərindəki bütün svetoforlar NİİM vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliydi:

“Hətta Prezident fərmanı ilə Daxili İşlər Nazirliyinin (DİN) idarəetməsində olan svetoforlar da BNA tabeliyinə keçirilib. BNA-nın digər dövlət qurumları tərəfindən elektron qaydada məlumatlandırılması üçün də addımlar atılıb. Yəni, effektiv idarəetməni təşkil etmək üçün BNA-ya yetərincə kömək olunub və bütün bu tapşırıqlar 2015 -2018-ci illər aralığında olub. Nəticə varmıə Nəqliyyat mərkəzləşdirilmiş formada, intellektual olaraq idarə olunurmuə Təəssüf ki, bu suala müsbət cavab vermək olmur. Bu müddətdə BNA hansı addımları atıbə Köhnə infrastrukturdan nə qalıb, nələrdən istifadə olunurə Yeni hansı həll təklif olunurə Bu haqda heç bir rəsmi açıqlama yoxdur. Yeri gəlmişkən, ötən il Prezident fərmanı ilə BNA-ya daha bir səlahiyyət verilib. Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması və qaydanı pozanlarla bağlı tədbirlər görmək də tapşırılıb. Qəribədir ki, 4 ildə əsas vəzifə olan NİİM problemini həll edə bilməyən BNA "elektron protokol" sistemini tezliklə quraşdırıb və dərhal da fəaliyyətə başlayıb”.

Hicranə İsmayılova
Cebhe.info


Oxunma sayı: 2528