hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Ekspert humanitar fəlakətin anonsunu verdi

Ekspert humanitar fəlakətin anonsunu verdi

“ABŞ-İsrail cütlüyü artıq İrana qarşı hərbi əməliyyata başlamaq qərarını veriblər”.

Cebhe.info xəbər verir ki, iqtisadçı-alim Fikrət Yusifov bu qənaətdədir.

O bildirib ki, İran ABŞ münasibətlərində yaranmış gərginlik getdikcə dərinləşir:

"İran rəsmləri deyəsən yersiz hədə-qorxunun faydasız olduğunu və vəziyyətin gerçəkdən ciddi şəkil aldığını dərk etməyə başlayıblar. Son günlər onların davranışında yumşalmanın  əlamətləri görünməyə başlasa da, ortada olduqca təhlükəli bir vəziyyət yetişməkdədir. Hesab edirəm ki, ABŞ-İsrail cütlüyü İrana qarşı hərbi əməliyyata başlamaq qərarını artıq veriblər. Əgər, bu qərar verilibsə, o halda İranın hər hansı bir formada yumşalması hərbi müdaxilənin qarşısını ala bilməyəcək. İran hərbi münaqişədən nə qədər qaçmağa çalışsa da, onu bu münaqişəyə zorla çəkəcək yollar tapılacaq. Bundan öncə ABŞ bir çox ölkələrə, o cümlədən İraqa, Əfqanstana da müxtəlif bəhanələrlə hərbi müdaxilə etmişdi. Əgər hərbi münaqişə baş verərsə, regionda ölçüsü olmayan humanitar fəlakət yaranacaq. Unutmayaq ki, güclü iqtisadiyyatı və kifayət qədər böyük maliyyə resursları olan ölkəmiz 30 ilə yaxındır ki, 1 milyonadək qaçqınlarımızın problemlərini hələ tam çözüb qurtara bilməyib. İranda 80 milyon insan yaşayır ki, bunun da yarsına qədəri azərbaycan türkləri, yəni bizim qardaşlarımızdır".

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1090