hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Ekspert: “Məmmədyarovla Mnatsakanyanın görüşünün nəticəsi olmayacaq”

Ekspert: “Məmmədyarovla Mnatsakanyanın görüşünün nəticəsi olmayacaq”

Dekabrın 4-də Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçicvəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulub.

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu görüşlərdən ciddi bir nəticə gözləmədiyini deyib:

“Bir il ərzində Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri 4 dəfə görüşüblər. Bu da 5-ci görüş olacaq. Əvvəlki 4 görüşdən heç bir nəticə hasil olmayıb. Bu görüşün də nəticəsi əvvəlkilər kimi olacaq. Çünki danışıqlarda irəliləyiş yoxdur. ATƏT-in Minsk qrupu hələ mərhələli həll planını Ermənistana qəbul etdirmək istəmir. Belə bir şəraitdə bu görüşdən də ciddi bir nəticə gözləmək əbəsdir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 584