hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Ekspert neftin qiyməti ilə bağlı yeni proqnoz verdi

Ekspert neftin qiyməti ilə bağlı yeni proqnoz verdi

"ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-ə planlaşdırılan tarif artımlarını təxirə salması qlobal birjalara təsirsiz ötüşmədi".

Cebhe.info xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov şəxsi "Facebook" hesabında yazıb.

Ekspert bildirib ki, neft daxil olmaqla strateji məhsulların qiymətlərində artımlar müşahidə edildi:

“Ağ Ev “ticarət müharibəsi”nin yumşalacağı mesajı versə də bunun uzun müddətli olacağı gözlənilmir. Məhz bu səbəbdən də “Brent” markalı neftin 1 barelinin qiymətinin 60 dolları keçməsinə baxmayaraq ciddi qiymət artımları müşahidə edilmədi. 

Doğrudur, Asiya birjalarında canlanma müşahidə olunur. Amma hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçkiqabağı yeni sürprizlərin olmayacağına əmin deyillər. Bu isə o deməkdir ki, yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq hələ də strateji məhsulların qiyməti təzyiq altındadır. Bu baxımdan da, neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil. Bütün hallarda birjaların Ağ Evdən gələn xəbərə reaksiyası bir daha təsdiq edir ki, “ticarət müharibəsi” hələ uzun müddət qlobal iqtisadiyyatın əsas mesajı olaraq qalacaq”.

Əhməd
Cebhe.info


Oxunma sayı: 485