hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Ekspert son 3 ilin buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil etdi

Ekspert son 3 ilin buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil etdi

“Son 5 ildə məktəblərin müəllim heyətinin keyfiyyət baxımından yaxşılaşdığı, 20 mindən çox gənc müəllim işə qəbul olunduğu deyilir. Bu belədirmi? 5 il əvvəl qəbul edilənlər yaşlı və keyfiyyətsiz idi? Gənc olmaları və bu nazirlik tərəfindən işə qəbul edilmələri keyfiyyət göstəricisidir? Gəlin, buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edək, görək nə qədər keyfiyyət göstəricisi qalxıb?”

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert məsələyə aydınlıq gətirmək üçün son üç ilin buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edib:

“2018-ci ildə keçirilən buraxılış imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Həmən il buraxılış imtahanlarında iştirak edən abituriyentlərin 5.2%-nin topladığı bal 20-dən aşağıdır. Düzdür, qəbul olan abituriyentlər arasında 25-dən az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi 50-59 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən, 60-69 və 70-90 bal intervallarında daxildir.

Təəssüflə qeyd etmək lazımdır ki, 2018-ci ildə Ağsu, Xızı, Astara, Daşkəsən, Lerik, Ağdaş, Şabran, Sabirabad və Samux rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olmuşdur.

Bakı şəhəri üzrə 2018-ci ildə şəhərin ümumtəhsil müəssisələrini 19 722 şagird bitirib, onların 19 439 nəfəri buraxılış imtahanında iştirak edib və 16 002 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Şəhər məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 19.42, riyaziyyat fənnindən 19.14, xarici dil fənnindən 18.09, hər üç fənn üzrə bal birlikdə 56.66-ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 11.72%, 13.53%, 22.71%, 15.66% yuxarıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 8.51%-i “2”, 30.62%-i “3”, 31.69%-i “4”, 29.17%-i “5”, riyaziyyat fənni üzrə 9.38%-i “2”, 25.76%-i “3”, 33.67%-i “4”, 31.19%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 9.42%-i “2”, 32.62%-i “3”, 29.55%-i “4”, 28.41%-i “5” qiyməti alıb. Ümumilikdə, 19 533 nəfər attestat alıb.

Bakı şəhəri üzrə 2017-ci ildə şəhərin ümumtəhsil müəssisələrini 20 094 şagird bitirib, onların 19734 nəfəri buraxılış imtahanında iştirak edib və 16 246 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Şəhər məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 19.76, riyaziyyat fənnindən 17.86, xarici dil (kimya) fənnindən 18.07, hər üç fənn üzrə birlikdə 55.68-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 15.27%, 12.66%, 24.28%, 17.16% yuxarıdır. 

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 7.61%-i “2”, 27.56%-i “3”, 37.15%-i “4”, 27.68%-i “5”, riyaziyyat fənni üzrə 9.83%-i “2”, 3.21%-i “3”, 34.30%-i “4”, 22.67%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 10.38%-i “2”, 29.69%-i “3”, 32.82%-i “4”, 27.11%-i “5” qiyməti alıb. Ümumilikdə, 19 859 nəfər attestat alıb.

Attestat alanların 81.75%-i (16 234 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında, 43.54%-i (8 646 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak edib. Ümumilikdə, attestat alanların 88.55%-i (17 844 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. 2017-ci ildə ölkə üzrə ərizə verən ortastatistik abituriyent Azərbaycan bölməsində Azərbaycan dilindən tapşırıqların 55.99, riyaziyyatdan 51.28, ingilis dilindən 44.62, rus dilindən tapşırıqların 42.61%-nə, rus bölməsində rus dilindəntapşırıqların 54.47, riyaziyyatdan 54.30, ingilis dilindən 55.11%-nə düzgün cavab verib. 

Qəbul olan orta statistik abituriyent Azərbaycan bölməsində Azərbaycan dilindən tapşırıqların 68.61, riyaziyyatdan 61.11, ingilis dilindən 57.48, rus dilindən 61.86%-nə, rus bölməsində rus dilindən tapşırıqların 60.14, riyaziyyatdan 57.84, ingilis dilindən 61.07%-nə düzgün cavab verib. 2017-ci ildə imtahanda iştirak edənlərin az bir hissəsi (32.68%) Azərbaycan (rus) dili və riyaziyyat fənləri üzrə yalnız "4" və ya "5" qiymət alaraq yüksək nəticə göstərib. 

2016-cı ildə qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 55.4 faizi imtahandan “2”, 16.7%-i “3”, 19.4%-i “4”, 8.4%-i isə “5” qiymət alıb.

2016-cı ildə ali məktəblərə qəbul olanların 34.6%-ni “3”, 45.0%-ni “4”, 19.2%-ni isə “5” qiymət alanlar təşkil edib. 2015-ci ildə bu göstəricilər, uyğun olaraq, 34.1%, 45.6%, 19.6% olub. 2016-cı ildə buraxılış imtahanlarında iştirak edən abituriyentlərin 7.5%-nin topladığı bal 20-dən aşağıdır. 

2016-cı ildə attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə edək. Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.19%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0– 199 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 47.55%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir”.

Cebhe.info


Oxunma sayı: 1739