hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Ekspert təhsillə futbolu müqayisə etdi: “Təhsilin durumu milli komandadan yaxşı deyil”

Ekspert təhsillə futbolu müqayisə etdi: “Təhsilin durumu milli komandadan yaxşı deyil”

AFFA və Milli komandamızın yarıtmaz fəaliyyəti ilə bağlı son günlər azərkeşlərin və ayrı-ayrı mütəxəssislərin etiraz dolu münasibətləri səngimir. 

Cebhe.info xəbər verir ki, təhsil eksperti Elşən Qafarov təhsilimizdə də vəziyyətin futbol üzrə Milli komandadan heç də yaxşı olmadığını deyib: “Milli  komandanın bərbad oyununu 90 dəqiqə ərzində görüb son nəticəyə  münasibət bildiririk. Təhsildə isə oyunun başlanma və bitmə vaxtı məlum deyil. Eyni zamanda bu yarıtmaz oyunun nəticələrini 90 dəqiqənin sonunda deyil , illər və on illərdən sonra hiss etmək və görməkdir. Cəmiyyət olaraq ilk növbədə təhsilin yarıtmaz idarə olunmasına susmamalıyıq. Milli komandada vəziyyəti düzəltmək , baş verənlərin mənfi nəticələrini aradan qaldırmaq elə də çətin deyil. Bunun üçün AFFA rəhbərliyini dəyişmək, futbolu onun mütəxəssislərinə həvalə etmək yetərlidir. Amma təhsildə bu gün buraxılan və illərdir davam edən naşılığın acı nəticələrini aradan qaldırmaq çox çətin olacaq. Ortada isə ölkə əhalisinin təqribən 20% -i, gələcəyimiz olan gənclər əziyyət çəkir. Hər bir Azərbaycan vətəndaşının və ya gəncinin normal təhsil almaq hüququ var. Dövlət və ölkə Prezidenti bu hüququn həyata keçirilməsi üçün bütün şəraiti: infrastrukturu və maddi texniki bazanı yaratdığı bir vaxtda təhsilin bugünkü durumu hər birimizi narahat etməlidir”. 

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 694