hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Ekspert televiziyaları “yıxıb-sürüdü”

Ekspert televiziyaları “yıxıb-sürüdü”

“İctimai Televiziyanı az tənqid etməmişəm, çünki Rusiyanın siyasətini tənqid etdiyimə görə bir neçə dəfə fikirlərimi kəsmişdilər. 4 illik məcburi fasilədən sonra İTV-nin canlı efirinə - yeni verilişə “Diqqət mərkəzi”nə çağırdılar, düşündüklərimi dedim, hamısı yayınlandı. Halbuki elə 4 il əvvəl də oxşar sözləri deyirdim”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşıb.

“İctimai Televiziyanın “Diqqət mərkəzi – yekun” proqramında da yenilik hiss edirəm. “Turan” agenltiyinin əməkdaşı Şahin Hacıyevi də proqrama dəvət etmişdilər və illər sonrası ilk dəfədir ki, efirimizdə polemika gördüm. Belə də olmalıdır. Şahin Hacıyevin, Natiq Cəfərlinin, Şahin Cəfərlinin, Erkin Qədirlinin, Arif Əlyevin və digərlərinin fikiləri ilə razılaşmaya bilərik, ancaq onlar da fikir sahibidirlər, onların düşüncələrini qəbul edənlər var və buna görə də efirdə düşüncələrini paylaşmaq imkanına malik olmalıdırlar. 

Bu dövlət hamımızındır və heç kim dövlətinə pislik arzulamır. İzlədiyim Ukrayna, Türkiyə hətta avtoritar hesab etdiyimiz Rusiyanın televiziya kanallarında polemika mühiti yaradılıb.

Azərbaycan Dövlət Televiziyası da monoloqdan uzaqlaşardı, ancaq təriflə hakimiyyətə yaxşılıq etmirlər, tam əksinə. Rusiyanın dövlət televiziyaları prezidentin siyasətini dəstəkləyən proqramlar və reportajlar yayınlansalar da, neqativ hallara da diqqət yetirir, naqislikləri göstərməkdən qaçmırlar. Jurnalistin evinə narkotik atıb həbs etdilər, ziyalılar və elə dövlət televiziya kanallarında çalışanlar bunun əleyhinə çıxdılar, vətəndaş mövqeyi ortaya qoydular və dövlət başçısı Vladimir Putin onları eşitdi, “narkotik əməliyyatını” həyata keçirən yüksək polis məmurları işdən çıxarıldılar, cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Əhməd 
Cebhe.İnfo

 


Oxunma sayı: 1332