hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Ekspert xəbərdarlıq edir: Sosial şəbəkələrdə fırıldaqlarla bağlı

Ekspert xəbərdarlıq edir: Sosial şəbəkələrdə fırıldaqlarla bağlı

Son zamanlar sosial şəbəkə fırıldaqçılıqları artıb.

Əvvəlcə, saxta profillərlə insanların dostluğuna daxil olurlar, sonra yazışmalara daxil olub insanlarla dialoqa girirlər.

Onlara çox aşağı faizlərlə kreditlər təklif edirlər. Ən şübhəli məqam isə verdikləri kredit qarşılığında təhlükəsizlik tədbirləri olaraq heç bir hüquqi sənəd istəmirlər. Bütün diqqətçəkən təklifləri edib insanları kredit götürmək üçün razı saldıqdan sonra onlardan bank hesablarını istəyirlər.

Belə ki, bunlardan biri də bizim əməkdaşımızla “Facebook” səhifəsində İrada Mamedova adıyla yazışaraq, Rusiyada yaşadığını və 1 illik 5%-lə kredit verdiyini deyib.

Cebhe.info-ya açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələyə münasibətində bu cür çağırışlara qarşı vətəndaşları ehtiyatlı olmağa çağırıb:

“Düşünürəm ki, fiziki şəxslərin bu cür bank fəaliyyətilə məşğul olması onların harada məşğul olmasından asılı olmayaraq istər sosial şəbəkədə, istərsə də real dünyada qanuna zidd hərəkətdir. Sosial şəbəkələrdə bu tip çağırışlar, mesajlar həmişə olur. Ona görə də vətəndaşlar ehtiyatlı və diqqətli olmalıdırlar. Yəni hansısa bank hesablarının verilməsi, bank kartlarının nömrəsinin verilməsi, cüzi bir ödəniş olunması yolverilməzdir və vətəndaşlar bunun fərqində olmalıdır.

Düşünürəm ki, hazırda bu cür hallar varsa, aidiyyəti qurumlara və hüquq-mühafizə orqanlarına müraicət etmək lazımdır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 4247