hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Ekspertin böhrandan çıxış təklifi: Dovşan əti yeyin

Ekspertin böhrandan çıxış təklifi: Dovşan əti yeyin

“Ölkəmizdə mal və quş əti üzrə özünü təminetmə səviyyəsi hələ ki, 100 faizə çatmayıb. Son illər görülmüş tədbirlər nəticəsində ət məhsulları ilə özünü təminetmə 79 faizə yüksəlib”.

Cebhe.info xəbər verir ki, bunu “Ərzaq məhsullarının tədarükü və təchizatı” Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyib.

O bildirib ki, əhalinin ət istehlakını tam təmin etmək üçün yeni sahələr tapılmalıdır:

“Məsələn, dovşançılıq heyvandarlıq mədəniyyətimizdə yeni bir istiqamət ola bilər. Əhalinin durmadan ətə olan təlabatının bir hissəsini bu sahə təmin edə bilər. Çünki ferma şəraitində yetişən dövşanların məhsuldarlığı intensiv xarakter daşıyır. Bir baş damazlıq dovşan ildə 7-8 dəfə balalayır, hər dəfə 8-10 arası bala verir. 3 kq yem qarşılığında 1 kq təmiz ət verir. Bu intensiv inkişafı yalnız broyler sənayesi ilə müqayisə etmək olar. Üstəgəl, dietik ətdir, tərkibində xolestrol yoxdur, sağlam qida kimi qəbul edilir. 

Əksər dünya ölkələri bu sahəni genişləndirərək ixracına da nail olublar. Bizim qidalanma strukturumuza isə hələ daxil olmayıb. Səbəbləri bunlardır:

1. Dovşançılığa tarixən istehsal sahəsi kimi yox, əyləncə növü kimi baxmışıq;
2. Bu heyvana sendemental yanaşmamız var, kəsib ətini yeməyə qıymırıq;
3. Bəzi dini yanaşmalara görə, dovşan əti yemək haramdır”.

Yeganə
Cebhe.info


Oxunma sayı: 1585