hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Ekvador prezidenti hökumətini paytaxtdan köçürməli olub

Ekvador prezidenti hökumətini paytaxtdan köçürməli olub

Ekvador prezidenti paytaxt Qitonu bürüyən zorakı etirazlara görə hökumətini başqa yerə köçürməli olub.

Prezident Lenin Moreno dövlət televiziyasında çıxışı zamanı hökumətini cənub Quayaqil şəhərinə köçürdüyünü elan edib.

Polis çərşənbə axşamı Qitoda boş qalmış Konqres binasına hücum edən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar eləcə də bir neçə neft obyektini ələ keçiriblər ki, bu da neft hasilatının 30 faiz azalmasına səbəb olub.

Ekvadorda zorakı etiraz aksiyaları prezident Morenonun yanacaq qiymətlərinin qalxmasına səbəb olan yanacaq subsidiyalarının dayandırılması da daxil olmaqla, iqtisadiyyatda bəzi sərt tədbirlərin keçiriləcəyini elan etməsindən beş gün əvvəl başlayıb.

Bu tədbirlər Morenonun Beynəlxalq Valyuta Fondu ilə əldə etdiyi 4.2 milyard dollarlıq maliyyələşdirmə razılaşmasının bir hissəsidir.

Yerli qrupların rəhbərlik etdiyi nümayişlərdə etirazçılar prezident Morenonu ölkədəki iqtisadi bərabərsizliyi daha da dərinləşdirə biləcəcək tədbirləri ləğv etməyə çağırır.

Yerli xəbərlərdə nümayişçilərin polislə qarşıdurması, polisin onları atəşə tutması və yolların bağlanması görüntüləri yayımlanıb.

Moreno yerli qrupları danışıqlara çağırsa da, iqtisadiyyatla bağlı sərt tədbirlərini ləğv etməkdən imtina edib.

Cebhe.info


Oxunma sayı: 485