hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Ekvadorda həbsxanada atışma

Ekvadorda həbsxanada atışma

Ekvadorun Quayakil şəhərində yerləşən həbsxanada atışma nəticəsində 2 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Bu barədə “Qafqazinfo” “Televisa” telekanalına istinadən xəbər verir.

Məlumata görə, qarışıqlıq zamanı 28 məhbus qaçmağa cəhd göstərib. Hazırda həbsxananın ərazisində hüquq-mühafizə orqanları əməkdaşlarının sayı artırılıb, vəziyyət nəzarətə götürülüb.

Fevral ayında bir neçə Ekvador həbsxanasında məhbusların üsyanı olmuş, nəticədə 80-ə yaxın insan həyatını itirmişdi. Buna səbəb ədavət aparan dəstələrin mübarizəsi idi.

Cebhe.info


Oxunma sayı: 573