hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab verdi: “Əlizadələr ailəsi və sülaləsinin...”

Elçibəyin köməkçisi Zərdüşt Əlizadəyə cavab verdi: “Əlizadələr ailəsi və sülaləsinin...”

Politoloq Zərdüşt Əlizadə eks-prezident Əbülfəz Elçibəy və  tərəfdarlarına qarşı növbəti dəfə ittiham səsləndirib.  

Bildirib ki, Xalq Cəbhəsi dövründən kənd intriqası səviyyəsində didişmələr baş verir. “Əbülfəz Elçibəy , İsa Qəmbər, Pənah Hüseyn - bunlar məğlub olublar. Kimdirlər ki, onlara baş qoşulsun”,- deyə Zərdüşt Əlizadə bildirib. 

Politoloqun bu açıqlaması siyasi camieədə birmənalı qarşılanmayıb. Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Cebhe.info vasitəsilə Zərdüşt Əlizadənin ittihamlarına cavab verib. 

Bildirib ki, Zərdüşt Əlizadənin bu cür açıqlaması illərdir Elçibəyə qarşı yığılıb qalan qərəz və kinin nəticəsidir:

“Zərdüşt Əlizadənin bu tipli intriqalı, qərəzli, Azərbaycan cəmiyyətində düşmənçilik toxumları səpən fikirlərinə münasibət bildirməyə bəlkə də gərək yoxdur. Əlizadələr ailəsinin və sülaləsinin Əbülfəz Elçibəyə düşmən münasibəti 50 ildir olub və bunu hər kəs bilir. Bu baxımdan onun fikirlərini ciddiyə almıram və Azərbaycan cəmiyyətinin də bu tipli açıqlamaları müzakirə etməsinə gərək duymuram. Təəssüflər olsun ki, yaşı 70-i adlamış biri həyatını kin, nifrət və qəzəb üzərində qurub, öz rəqiblərinə qarşı 30 ildən artıq bir müddətdə qərəzini davam etdirir. Bu kimi fikirlərin cəmiyyətə heç bir xeyri yoxdu. Artıq Azərbaycan cəmiyyəti Zərdüşt Əlizadə və Araz Əlizadənin bu tipli fikirlərini duymaqdan yorulub. Biz də durub yenidən tarixi vərəqləsək, Zərdüşt və Araz qardaşlarının əleyhinə yetəri qədər faktlar ortaya qoya bilərik, bunun üzərində işləməyə başlayarıq. Amma bizim cəmiyyətə bu lazım deyil. Zərdüşt Əlizadə Xalq Cəbhəsi yaradılan vaxt siyasi mübarizədə öz rəqiblərinə uduzub və onun ortaya qoyduğu siyasi xətt məğlub olub. Zərdüşt Əlizadə məhz 30 ildir ki, bu məğlubiyyəti həzm edə bilmir. Məsələlərin kökü və mahiyyəti bununla bağlıdır. Əbülfəz Elçibəy və onun tərəfdarları Azərbaycanda milli demokratik xəttin yaradıcısı, müdafiəçisi olublar. Bu xətt Xalq Cəbhəsində aparıcı istiqamət olub və tərəfdarları qalib gəliblər. Zərdüşt Əlizadə də bununla barışmayıb və bugünədək də barışa bilmir. Ona görə də bu kini, küdurəti, qəzəbi cəmiyyətə qusur. Cəmiyyət də artıq bundan bezib”. 

Oqtay Qasımov əlavə edib ki, bu gün Azərbaycanın qarşısında duran daha ciddi problemlər var və fikirləri həm fərd, həm də cəmiyyət olaraq bu problemlərə kökləmək lazımdır: 

“Ölkəmizin Dağlıq Qarabağ kimi ərazi bütövlüyü, işğal olunmuş torpaqlarımızın azad olunması problemi var. Cəmiyyət olaraq insanların maddi rifahının yüksəldilməsi, iqtisadi, demokratik, siyasi və sosial islahatların həyata keçirilməsi məsələləri üzərində köklənməliyik. Xüsusilə də siyasətlə məşğul olanlar öz qabiliyyət və potensiallarını bu istiqamətdə yönəltməlidirlər”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 43947