hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantı çərçivəsində nəzəri və praktiki məşğələlərə cəlb edilmiş zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində toplantıya yekun vurulan zaman bildirilib ki, bölük, batareya komandirləri və müavinləri real döyüş şəraitində keçirilən məşğələlərdə atıcı silahlardan, zirehli döyüş maşınlarından, raket-artilleriya sistemlərindən və silahlanmaya yeni daxil edilmiş ən müasir hərbi texnikalardan məharətlə istifadə edərək yüksək nəticə göstəriblər.

Cebhe.info


Oxunma sayı: 1134