t Elazığda hamı küçələrdə: Binalar dağılıb, yaralılar var - GÜCLÜ ZƏLZƏLƏ
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Elazığda hamı küçələrdə: Binalar dağılıb, yaralılar var - GÜCLÜ ZƏLZƏLƏ

Elazığda hamı küçələrdə: Binalar dağılıb, yaralılar var - GÜCLÜ ZƏLZƏLƏ

Xəbər verdiyimiz kimi, Türkiyənin Elazığ bölgəsində  bu dəqiqələrdə 6,8 bal gücündə zəlzələ olub. 

Bu şəhərdə təhsil alan tələbələrin Cebhe.info-ya verdiyi məlumata görə, zəlzələdən sonra şəhər əhalisi küçələrə çıxıb, təcili tibbi yardım maşınları hazır vəziyyətə gətirilib və məhəllələr boyunca növbələrə başlayıb. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Kandilli rəsədxanasından verilən məlumata görə,  zəlzələ Diyarbəkir, Adıyaman və Samsunda da hiss edilib. Elazığ Sivricədəki güclü zəlzələnin ardınca 5,4 bal gücündə daha bir zəlzələ qeydə alınb. Zəlzələnin episentri 10 km dərinlikdə olub. 

Daxili İşlər naziri Süleyman Soylu zəlzələdən sonrakı ilk durum dəyərləndirməsini edib. Bildirib ki, bütün əlaqədar qurumlar fəaliyyətə keçib. Elaziğda bir neçə binanın uçduğuna dair xəbərlər alınıb. Xilasedicilər dağıntı altında insanların olub-olmadığını araşdırır. İlkin məlumatlara görə, 2 yaralı var. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 3532